Азербайджанские народные сказки — страница 4 из 6

dar ağacı — виселица; ağac — дерево).

Padşah dedi (падишах сказал):

— Vəzir, bura yas yeridi (визирь, здесь поминки: yer — место), burda hamı dərdli olar (здесь все грустные будут), gəl indi də bir toy məclisinə gedək (давай теперь и на свадьбу пойдем: toy məclisi, toy — свадьба).

Hər ikisi evdən çıxıb (обо вышли из дома) bir toy məclisinə getdilər (отправились на свадьбу). Qapıdan girən kimi (как только вошли) gördülər çalan kim (увидили, что кто-то играет), oxuyan kim (кто-то поет), oynayan kim (кто-то танцует), gülən kim (кто-то смеется). Bir keyf var ki (столько радости), gəl görəsən (любо-дорого). Padşah dedi (падишах сказал):

— Vəzir, biz axtardığımızı tapsaq (визирь, если мы то, что ищем, и найдем: «разыскиваемое если найдем») burda tapacayıq (то только здесь: «здесь и найдем»).

— Qızım cavan öldü, dünyadan nakam getdi.O biri dedi:

— Gözümün ağı-qarası bircə oğlumu padşah dar ağacından asdırdı.

Padşah dedi:

— Vəzir, bura yas yeridi, burda hamı dərdli olar, gəl indidə bir toy məclisinə gedək.

Hər ikisi evdən çıxıb bir toy məclisinə getdilər. Qapıdan girən kimi gördülər çalan kim, oxuyan kim, oynayan kim, gülən kim. Bir keyf var ki, gəl görəsən. Padşah dedi:

— Vəzir, biz axtardığımızı tapsaq burda tapacayıq.


Vəzir dedi (визирь сказал):

— Qibleyi-aləm sağ olsun (мусульманский мир да здравствует), təki elə olsun (лишь бы так и было: təki — лишь бы, только бы), amma bu adamların ürəyini (но то, что у этих людей на душе: ürəк — сердце, душа) burda bilmək olmaz (невозможно здесь оценить: «здесь узнать нельзя»), toydan sonra görərik (после свадьбы посмотрим).

Birdən padşahın gözü (вдруг взгляд падишаха) bir adama sataşdı (привлек один человек: sataşmaq — задевать, приставать), gördü ki, məclisin lap başında (заметил что, в самом центре собрания: baş — голова, центр) bığıburma bir kişi oturub (сидит мужчина с закрученными усами: bığ — усы; burmaq — закручивать, скручивать, завивать), üzünə baxan kimi başlayır gülməyə (когда на него смотрят, начинает смеятся).. Özü də ona nə qədər deyirlərsə ye (причем ему сколько бы ни предлагали поесть; nə qədər — сколько; özü də — причем, к тому же), deyir ki (говорит), vallah gündə evimizdə toydu (клянусь, каждый день в нашем доме свадьба), indicə yeyib gəlirəm (только что покушал: «покушав, пришел»). Padşahnan vəzir istəyirdilər ki (падишах с визирем захотели), bu adamnan danışsınlar (с этим человеком поговорить), firsət düşmürdü (но удобного случая не выпадало: düşmək — падать, выпадать). Bunlar o qədər gözlədilər ki (они столько ждали), toy məclisi dağıldı (что и свадьба закончилась), həmən kişi evinə gedəndə (и когда этот мужчина домой уходил) qarabaqara onun dalınca getdilər (последовали за ним: «по следам за ним пошли»; dalınca — за, вслед, следом). Kişi evinə girəndən bir az sonra (через некоторое время после того, как мужчина вошел в дом: bir az sonra — немного погодя) padşahnan vəzir qapını döydülər (падишах с визиром в дверь постучались). İçəridən bir nəfər (кто-то изнутри) gəlib qapını açdı (открыл им дверь: «придя, дверь открыл»). Qapıya gələnə dedilər (/к двери/ пришедшему они сказали):


Vəzir dedi:

— Qibleyi-aləm sağ olsun, təki elə olsun, amma bu adamların ürəyini burda bilmək olmaz, toydan sonra görərik.

Birdən padşahın gözü bir adama sataşdı, gördü ki, məcli-sin lap başında bığıburma bir kişi oturub, üzünə baxan kimi başlayır gülməyə, ayağa duranda qolları özündən qabağa gedir, az qalır göyə uçsun. Özü də ona nə qədər deyirlərsə ye, deyir ki, vallah gündə evimizdə toydu, indicə yeyib gəlirəm. Padşahnan vəzir ha istəyirdilər ki, bu adamnan danış-sınlar, firsət düşmürdü. Bunlar o qədər gözlədilər ki, toy məclisi dağıldı, həmən kişi evinə gedəndə qarabaqara onun dalınca getdilər. Kişi evinə girəndən bir az sonra padşahnan vəzir qapını döydülər. İçəridən bir nəfər gəlib qapını açdı. Qapıya gələnə dedilər:



— Qərib adamıx (мы чужеземцы), gecə qalmağa yerimiz yoxdu (на ночь остаться места у нас нет). Sizdə gecələməyə (у вас переночевать) bizə yer verərsinizmi (не позволите ли : «нам места не дадите ли»)?

Ev sahibi dedi (хозяин дома сказал):

— Qardaşlar, gecə vaxtı qonağı (братья, ночного гостя: gecə vaxtı — ночное время, поздно ночью) qapıdan qaytarmazlar (обратно не отправляют: «от дверей не возвращают»), buyurun içəri (прошу, входите: «пожалуйста, вовнутрь»).

Padşahnan vəzir içəri girdilər (падишах и визирь вошли: «вовнутрь вошли»). Ev sahibi onlara yer görsətdi, oturdular (хозяин дома пригласил их сесть: «показал им место», они сели). Qonaxlar baxıb gördülər ki (гости заметили, что: «посмотрев, увидели, что»), bu kişinin evi (дом этого человека) padşahın evindən qəşəngdi (красивее дворца падишаха: «падишаха дома красивее»). Padşahın evi bunun yanında (дворец падишаха по сравнению с этим: «рядом с этим») çay daşından tikilmiş (как будто построен из речного камня; çay — река; daş — камень) daxmaya oxşayır (и похож на лачугу: daxma — хибара, лачуга). Qapısında qulu (в дверях /стоит/ раб), qulluxçusu (слуга), evi başdan-ayağa (весь дом: «от начала до конца») ləl-cavahirat içində (в драгоценных камнях: lə1- рубин; cavahir — драгоценный камень ). Başladılar söhbətə, bir də gördülər ki (начали разговор, и вдруг увидели что = почти сразу же), çay-çörək gəldi (им принесли еду: çay — чай; çörək — хлеб). Oturub çörək yeməyə başlayanda (когда они принялись за еду: «присев хлеб/еду кушать начали») ev yiyəsi bir ah çəkdi (хозяин дома глубоко вздохнул: ah çəkmək — вздыхать). Padşahnan vəzir qaldılar məəttəl ki (падишах и визирь заколебались: məəttəl qalmaq — не знать что, делать, колебаться), yəqin bunun da dərdi var (наверно, и он о чем то грустит: «наверно у этого тоже есть печаль»; da — и, тоже, также) ki, belə ah çəkir (раз так вздыхает). Odu ki, dedilər (поэтому сказали: odu ki — поэтому, именно поэтому):


— Qərib adamıx, gecə qalmağa yerimiz yoxdu. Sizdə gecələməyə bizə yer verərsinizmi?

Ev sahibi dedi:

— Qardaşlar, gecə vaxtı qonağı qapıdan qaytarmazlar, buyurun içəri.

Padşahnan vəzir içəri girdilər. Ev sahibi onlara yer gör-sətdi, oturdular. Qonaxlar baxıb gördülər ki, bu kişinin evi padşahın evindən qəşəngdi. Padşahın evi bunun yanmda çay daşından tikilmiş daxmaya oxşayır. Qapısında qulu, qulluxçusu, evi başdan-ayağa lə'l-cavahirat içində. Başladılar söhbətə, bir də gördülər ki, çay-çörək gəldi. Oturub çörək ye-məyə başlayanda ev yiyəsi bir ah çəkdi. Padşahnan vəzir qaldılar məəttəl ki, yəqin bunun da dərdi var ki, belə ah çəkir. Odu ki, dedilər:


— Qardaş, niyə ah çəkdin (друг, зачем вздыхаешь)?Kişi dedi (мужчина сказал):

— Heç, elə belə (ничего, просто так: elə belə — так, просто так).

Padşah nə qədər elədisə (падишах что бы ни делал: nə qədər — сколько), kişı demək istəmədi (мужчина говорить не хотел). Axırda vəzir dedi (в конце /концов/ везирь сказал):

— Qardaş, bizlərdə adətdi (брат, у нас обычай), qonağa hörmət eləyərlər (гостью уважение оказывают), əgər sən dərdini deməsən (если ты свою печаль не откроешь: demək — говорить) əlimizi süfrəyə uzatmayacayıx (до еды мы не дотронемся: “руки к еде не протянем”).

Kişi əlacsız qalıb dedi (у мужчины не осталось выбора, и он сказал: əlacsız qalmaq — оказатся в безвыходном положении; əlac — способ, выход):

— Vallah allahdan gizlin deyil (клянусь, от Бога это не скрыто), bəndədən nə gizlin (то, что скрыто от его слуг: «от слуг что скрыто»). Mənim çörək yeməyə qollarım yoxdu (у меня нет рук, чтобы пищу есть: «у меня хлеб кушать рук нет»).

Vəzir dedi (визирь сказал):

— Bəs axı biz sənin qollarını görürük (но ведь мы твои руки видим: bəs — а, ведь, разве; axı — ведь).

— Qardaş, niyə ah çəkdin?Kişi dedi:

— Heç, elə belə.

Padşah nə qədər elədisə, kişı demək istəmədi. Axırda vəzir dedi:

— Qardaş, bizlərdə adətdi, qonağa hörmət eləyərlər, əgər sən dərdini deməsən əlimizi süfrəyə uzatmayacayıx.

Kişi əlacsız qalıb dedi:

— Vallah allahdan gizlin deyil, bəndədən nə gizlin. Mənim çörək yeməyə qollarım yoxdu.

Vəzir dedi:

— Bəs axı biz sənin qollarım görürük.

Kişi dedi (мужчина сказал):

— O gördüyünüz (то, что вы видите) mənim qolum deyil (не мои руки: deyil — не, не есть), paltarın qoluna (в рукава одежды) saman doldurmuşam (соломой я наполнил), odu (вот что это).

Çuxanı kişinin əynindən çıxarıb (верхнюю одежду с мужчины сняв) gördülər doğrudan da qolları yoxdu (увидели, действительно рук нет: doğru — правда). Vəzir bu əhvalatı görən kimi (визирь, это увидев: əhvalat — событие, случай; kimi — едва, как только) barmağını dişlədi (палец прикусил). Padşah dedi (падишах сказал):

— A kişi, sənin qollarını (мужик, твои руки) kim bu günə salıb (кто в такое состояние превратил: pis günə salmaq — портить; bir günə salmaq — приводить в /плохое/ состояние, портить)?Kişi dedi (мужик сказал):

— Bizim bu zalım (наш этот жестокий), ağılsız (безумный/глупый: ağıl — ум), hər yalana inanan (в любую ложь верящий) padşahımız (падишах).Padşah bu sözü eşidən kimi (падишах, эти слова услышав) cin vurdu başına (пришел в ярость: “джин ударил в его голову”), amma özünü saxladı (но себя удержал), dedi (сказал):

— Axı padşah niyə (но падишах зачем) sənin qolunu kəsdirib (тебе руки отрубить приказал: kəsdirmək — отрубить; kəsdirmək — отрубить с чьей-либо помощью, приказать отрубить)?

Kişi dedi:

— O gördüyünüz mənim qolum deyil, paltarın qoluna saman doldurmuşam, odu.

Çuxanı kişinin əynindən çıxarıb gördülər doğrudan da qolları yoxdu. Vəzir bu əhvalatı görən kimi barmağını dişlədi. Padşah dedi:

— A kişi, sənin qolunu kim bu günə salıb?Kişi dedi:

— Bizim bu zalım, ağılsız, hər yalana inanan padşahımız.Padşah bu sözü eşidən kimi cin vurdu başına, amma özünü saxladı, dedi: